
Qəsəbə sakinlərinin Modern.az saytına verdiyi məlumata görə qəsəbədəki 12 evdə naməlum şəxslər oğurluq törədib. Hadisə zamanı müxtəlif növ qızıl-zinət əşyaları, ev avadanlıqları aparılıb.
Modern.az məsələni dəqiqləşdirmək üçün Hövsan qəsəbəsindəki 30-cu polis bölməsilə əlaqə saxlayıb.
Bölmə əməkdaşı saytımıza qəsəbədəki kütləvi oğurluq faktını təkzib edib: “Ərazidə hər gün oğurluq halları qeydə alınır. Amma kütləvi oğurluq tamamilə yalandır”.
O deyib ki, 20 avqust gecə saatlarında yalnız bir oğurluq qeydə alınıb: “Evindən oğurluq edilən şəxs “Qum adası”, nömrəsiz ev ünvanında yaşayan Məmmədova Alidədir.
Onun evindən qızıl saat, fotoaparat, kompüter oğurlanıb. Hadisə barədə araşdırma aparılır. Şübhəli şəxs qismində saxlanılan yoxdur”.