Bu qabiliyyətlə siz uzaqbaşı donqili saytlarda Qarabağın adsız yüksəkliklərini fəth edə bilərsiniz, bizim "Cəbhə" ni yox Belə bir söz var, dibçəkdə çinar əkməzlər. Bunu belə başa düşmək olar ki, böyük ideyalar dar təməl olan yerdə qol qanad ata bilməz. Siz buna oxşar başqa məsəllər də bilirsiniz, yəqin.
Bu məsəli, bu gün ruhunu şeytana satan Razi Nurullayev və onun dəstəsinin keçirdiyi mətbuat konfransını nəzərdə tutaraq yazıram.
Cəbhədən qovulan və bir neçə cəbhəyə aiddiyatı olmayan adam yığışıb Əli Həsənovun dili ilə deyiblər ki, biz AXCP-ni, möhürü geri alacağıq.
Bu bayatı görəsən, nə qədər eşidiləcək?
Yoldaşlar, eyni ssenarinizi Qüdrət Həsənquliyevin, Fazil Qəzənfəroğlunun, Ramiz Tağıyevin misalında cəbhəçilər dibədək iflas eləmədimi?
İndi, bu zavallı Razi müəllimə o ağır missiyanı niyə yükləyirsiniz? O zaman pulunuz daha çox idi, az-çox cəmiyyətdə tərəfdarlarınız da var idi. İndi qalmısınız Afrikanın adamyeyən ölkələri ilə bir sırada. Bu qabiliyyətlə, siz uzaqbaşı donqili saytlarda Qarabağın adsız yüksəkliklərini fəth edə bilərsiniz, bizim "Cəbhə"ni yox.
Yazımın əvvəlinə gəlirəm. Dibçəkdə çinar becərməzlər. Cəbhəçilik böyük, dəyərli insanların, mərd, səbatlı insanların ürəyindən rişə alan fenomendi. Onu siz nə qondarma təşkilat yaratmaqla, nə hansısa möhürlə əvəz edə bilməzsiniz. Siz cəhbə adını heç vaxt üzərinizə götürə bilməyəcəksiniz. Hər atasının gözünü çıxaran Koroğlu olmur axı.
Yox, doğrudan siz də Cəbhə olmaq istəyirsinizsə, lap gözəl. Meydan boşdur, hünəriniz var, şərlə döyüşün, qəhrəman olun. Yoxsa, mübarizə aparan, fədakarlıq edən insanlara qarşı çuğulluq eləməklə, öz adınızın qabağındakı SATQIN sözünü daha da tündləşdirirsiniz.
Yaşasın, XALQ CƏBHƏSİ!


