
100 MANAT DİGƏR ƏSKİNASLARI SIXIŞDIRIRDI
Mərkəzi Bank 2013-cü ildə 100 manatlıq əskinasların nağd məxarici üzrə 0.30% (30 qəpik) tarif müəyyən etmişdi. Həmin vaxt yüksək tarifin tətbiq edilməsində məqsəd 100 manatlıq əskinasın tədavüldə xüsusi çəkisinin 75%-ə çatması idi. Bu qəraradək bankların 90 faizi AMB-dən 100 manatlıq əsginazlı nağd pul kütləsini alırdılarsa, qərardan sonra isə əlavə xərclərdən qaçmaq üçün daha azhəcmli əsginazlarla kifayətlənmək məcburiyyətində qaldılar.
Mərkəzi Bank açıqlamasında bildirmişdi ki, tariflərin tətbiqi 100 manatlıq əskinasa tələbi azaltmaqla müvafiq əskinasın yükünün digər nominallı əskinasların üzrərinə ötürülməsinə və bununla da tədavüldə nağd pulun strukturunun optimallaşdırılmasına təsir edə bilər. Belə ki, 100 manatlıq əskinasa tariflərin tətbiqi banklar tərəfindən tranzaksiyalarda digər əskinasların payını artıracaq ki, bu da əhalinin nağd pulun srtukturuna olan tələbinin ödənilməsi zamanı adekvatlığı təmin edə bilər.
Həmin vaxt qərar bankların narazılığına səbəb olmuşdu. AMB-nin bu qərarının banklara şamil edilməsinə baxmayaraq, bankların özləri də müştərilərlə hesablaşmalar zamanı 100 manatlıq əsginaz verilərkən tarif almağa cəhd etmişdilər.
BANKLAR 0,05% İSTƏYİRDİLƏR
Pul kütləsinin idarə edilməsi prosesində (yeni əsginazların qorunması, çapı, köhnə əsginazların utilizasiyası) xərcləri olan AMB-nin siyasətini anlayan banklar hesab edirlər ki, daha aşağı tarif, məsələn, 0,05 faiz tətbiq etmək məqsədəuyğun olardı.
Mərkəzi Bankın son qərarından sonra dövriyyədə 50 və 100 manatlıq əskinasların artacağı gözlənilir. Eyni zamanda bankların da xərcləri azalacaqdır.