AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin AXCP-dən qovulmuşlarla düzənlədiyi tamaşaya münasibət bildirib. Fuad Qəhrəmanlı özünün Facebook səhifəsində yazır: "Bu gün Razi Nurullayev başda olmaqla Xalq Cəbhəsindən məhz hakimiyyətə xidmətə, siyasi prinsiplərə xəyanətə görə qovulmuş 5-6 nəfər toplaşaraq AXCP- nin adına idda etdiklərini bildiriblər. Hətta sayları o qədər azdır ki, içlərində bir neçə nəfər heç vaxt Xalq Cəbhəsinin üzvü olmamış (məsələn Rəfael Becanov) şəxsləri də gətrib fon yaratmaq üçün orada oturdublar.
Bu hakimiyyətin qurduğu tamaşadır. Vaxtı ilə Qüdrət Həsənquliyevin əli ilə eyni tamaşanı qurmuşdular,ancaq alınmadı. Xalq Cəbhəsinin adını ələ keçirmək bu hakimiyyətin çoxdankı arzusudur. Bu dəfə də alınmayacaq. Xalq cəbhəsi nə möhürdən, nə də ki, Ədliyyə Nazirliyindəki qeydiyytdan ibarət deyil, bu təşkilatın varlığı minlərlə fəadakar və əqidəli insanların ortaq mübbarizə əzmiınə, onun qanunu strukturlarlına, liderinin,rəhbərliyinin iradəsinə bağlıdır. Hakimiyyət görəndə ki, Xalqı Cəbhəsinə qarşı hər cür qanundan və əxlaqdan kənar təzyiqləri heç bir nəticə vermir, təkrarən belə iyrənc yola əl atdı. Hakimiyyətin bu layihəsinə media dəstəyini isə həmişə olduğu kimi "Yeni Müsavat"qəzeti yerinə yetrir.
Xalq cəbhəsinin bütün partiya strukturları normal fəaliyyət göstərir və gələn ay təşkilatın möhtəşəm qurultayının keçrilməsi nəzərdə tutulur.
Gedin nə siyasi əxlaqsızlıq bacarırsınızsa, özünüzü nə qədər gülünc duruma sala bilirsinizsə əlinizdən gələnləri edin. Siz bu tamaşalarla Xalq Cəbhəsinə qalib gələ bilməzsiniz, olsa -olsaöz mənəviyyatsızlığınızı ancaq ifşa edə bilərsiniz".


