Tofiq Yaqubludan hamıya bir sual

(Yazı Tofiq Yaqublunun qızı Nigar Yaqublunun “facebook” səhifəsindən götürülüb)
 
Azərbaycan səhiyyəsinin səhlənkarlığı, bağışlanmaz cinayəti üzündən jurnalist həmkarım Rasim Əliyev xəstəxanada vəfat etdi. Bundan bir neçə gün sonra ölkə başçısı İlham Əliyev Səhiyyə nazirinə “Şöhrət” ordeni verdi. Halbuki, son baş verənlərdən sonra bu adam ən yaxşı halda vəzifədən azad edilməliydi. Günahkarların mükafatlandırılması 1993-cü ildən davam edən praktikadır. Döyüşləri uduzaraq torpaqları ermənilərə təslim etmiş komandirlərə yüksək rütbələr, ordenlər verirdilər, dinc etirazçıları xıncım-xıncım etmiş, buna görə də bütün dünyanın cəzalandırlımasını tələb etdiyi Vilayət Eyvazova general rütbəsi verərək nazir müavini təyin etdilər, seçkiləri saxtalaşdırmış Məzahir Pənahova, günahsız insanları şərləyərək həbsə atan Zakir Qaralova böyük imkanlar tanıdılar və bu kimi hallar saysız-hesabsızdı.
 
Sizcə bu cür anormallıqların başında kim durur?