İspaniya superkubokunu “Atletik” qazandı

İspaniya superkubokunun qalibi müəyyənləşib. Həlledici görüşdə "Barselona" və "Atletik" üz-üzə gəlib. Bu komandalar arasında Bilbaoda keçirilən ilk matçda "Atletik" böyük hesablı qələbə qazanıb – 4:0. "Barselona" "Nou Kamp"da həmin məğlubiyyətin əvəzini çıxa bilməyib. Oyun 1-1 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, "Barselona" və "Atletik" ötən mövsüm İspaniya kubokunun finalında üz-üzə gəlmiş və Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Qaydalara əsasən "Barselona" həm La Liqa, həm də ölkə kubokunun qalibi kimi, "Atletik" isə ölkə kubokunun finalçısı kimi superkubokda iştirak hüququ əldə edib.