Məmməd İsmayıla Rumıniyadan dəvət var

Görkəmli şairimiz nüfuzlu şeir festivalına hazırlaşır

Türkiyədə yaşayan görkəmli şairimiz Məmməd Ismayıl yay tətilini doğma vətəndə keçirir. Həmişə olduğu kimi, yenə də keçirdiyi vaxta tətil demək doğru olmazdı. Belə ki, Məmməd bəy tətildə də dəvət edildiyi və sentyabrın 16-dan 21-nə qədər Rumınyanın Krayova şəhərində gerçəkləşdiriləcək olan Mixail Emunesku Dünya Şeir Festivalına hazırlaşır…

“Mixail Eminesku”Avrupa Fondu və “Mixail Eminesku” Beynəlxalq akademiyasınından şairin ünvanına gələn məktubda deyilir: “Hörmətli Məmməd Ismayıl! 16-21 sentyabr tarixlərində sizi Rumınıyanın Krayova şəhərində, üzvülərinin ikisi Nobel mükafatı laureatı, yerdə qalanları dünyanın şöhrətli yazar və elm adamları olan “Mixail Eminesku” Beynəlxalq Akademiyasının təşkil etdiyi 7-ci “Mixail Eminesku” Dunya Şeir Festivalına dəvət edirik. Dunyanın 40 ən ünlü sənət adamının yer alacağı bu festivala Sizi dəvət etməkdən gürur duyuyuq.

Hörmətli Məmməd Ismayıl! Dəvətimizi qəbul etdiyiniz üçün Sizə öncədən dərin təşəkkürümüzü bildirik.

Hörmətlə təşkilat komitəsinin sədri: Professor Dr. Lon. Desconesku?.

Yeri gəlmişkən, festival günlərində Rumınyada yayınlanacaq Dünya Şeir Antologiyasında da Azərbaycan ədəbiyyatını Məmməd Ismayılın şeirləri təmsil edəcək. Beş dildə çap olunan “Dənizlərin dialoqu” jurnalının baş redaktoru Vyaçeslav Samoşkindən Məmməd Ismayıla ünvanlanan məktubda bu barədə məlumat verilir: “Əzizim Məmməd, şeir festivalı şərəfinə Krayovada hazırlanan çağdaş dünya şeiri antologiyasına Azərbaycan ədəbiyyatını sənin şeirlərinin təmsil etməsi qərarlaşdırılmışdır. Bu münasibətlə təcili bir şerinin əlyazısını və rus dilində ən azı 10 şerini gözləyirik. Əlbəttə, əgər buna sən razısansa…”