
Bir vərəqlə 100 litr suyun təmizləmək mümkündür
Amerikalı alimlər nanotexnoloji kağızın köməkliyi ilə içməli suyun bakterial təmizlənməsinə dair texnologiya hazırlayıb.
Carnegie Mellon University-nin əməkdaşı Tereza Dankoviç “içməli kitab” (The Drinkable Book) hazırlayıb. Bu kitabın hər səhifəsində antibakterial metal nanohissəcikləri var.
Antibakterial kağız təkcə laborator şəraitdə deyil, küçədə də sınaqdan keçirilib və kanalizasiya suyunu da təmizləyib. Bu kitabın hər səhifəsinin köməkliyi ilə 100 litr su təmizləmək olar.
Dankoviç hesab edir ki, onun hazırladığı kağıza əsasən Afrika və Asiyanın inkişaf edən ölkələrində tələbat olacaq.
Fizzə