ABŞ-da ağac əkən bombalar yaradılıb

ABŞ-da bir gündə 900 bomba atmaq imkanına malik bombardimançı yaradılıb. Daha doğrusu, köhnə C-130 bombardımançıları artıq fərqli funksiya yerinə yetirəcək. Bu bombardımançılar ölüm yox, həyat yaradacaq. Bombardımançıların atdığı “bombalarda” ağac tingələri var. Məqsəd isə meşələri bərpa etməkdir. Amerikanın Lockheed Martin Aerospace şirkəti hesab edir ki, planetin çətin keçilən yerlərində meşələri bu yolla bərpa etmək mümkündür. 
Bu ideya Massaçusetstə, hökumət bütün şirkətlrin üzərinə ağac əkmək öhdəliyi qoyanda ortaya çıxıb. ağacların bombardımançıların köməyi ilə əkmək əllə əkməkdən xeyli ucuz başa gəlir. 
Ağacların əkilməli olduğu əraziyə təyyarə gündə bir neçə dəfə uçuş edə bilər. Bununla da əraziyə bir uçuşa 125 min, günə 900 min ağac “bombası” atıla bilər.  
Bu yolla 5 ilə 5 milyarda yaxın ağac əkmək olar. Bu isə 500 min hektar meşənin bərpası üçün yetərlidir. 
azadlıq.info