
Türkiyədə və dünyada reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialının aktyor heyətinə yeni yayım mövsümündə yeni sima daxil olacaq. Türkiyənin tanınmış xəbər aparıcısı Dəfnə Samyeli serialda agent Zeynəb obrazını canlandırcaq. Samyeli yerli mətbuata verdiyi müsahibədə bu obrazı canlandırmaq üçün çox həyəcanlı olduğunu deyib.
"“Kurtlar Vadisi Pusu” populyarlığı, təsiri və istiqrarıyla təkcə Türkiyədə yox, dünyanın bir çox ölkəsində fenomen olmuş bir markadır. “Pusu” heyətini serial ilk yayımlandığı gündən tanıyıram. Yəni, ilk gündən yüksəlməsinə şahid olduğum üçün duyğusal bir əlaqəm olan bir layihədir. Necati Şaşmazın canlandırmaq üçün mənə təklif etdiyi obrazı eşidəndə fikirləşmədən qəbul etdim. Zeynəb, illərdir oynamaq istədiyim, uşaqlıqdan bəri xəyalını qurduğum bir obrazdır. Hisslərim, biliyim və zəhmətimlə “Kurtlar Vadisi Pusu”da ən məhsuldar şəkildə iştirak edəcəyim üçün həyəcanlıyam." – deyə Dəfnə Samyeli bildirib. (ans)
