
AXCP-nin qurultayına hazırlıqlarla əlaqədar rayon və şəhər təşkilatlarının konfransları davam edir. Növbəti konfrans avqustun 16-da AXCP İsmayıllı rayon şöbəsində baş tutub. Konfransda şöbənin seçkili orqanlarına yeni seçkilər keçirilib, AXCP VI(IX) Qurultayına nümayəndələr seçilib.
Sadiq Umudlu AXCP İsmayıllı rayon şöbəsinin sədri, Elçin İsmayıllı isə AXCP Ali Məclisinin üzvü seçiliblər.

Bu haqda "Azadlıq"a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.
Avqustun 13-də isə AXCP Ağsu rayon şöbəsinin konfransı baş tutub. Konfransda şöbənin seçkili orqanlarına seçkilər keçirilib, partiyanın VI(IX) Qurultayına nümayəndələr seçilib.

Ramiz Məmmədov şöbənin sədri, Qəşəm Alıyev isə AXCP Ali Məclisinə üzv seçiliblər.