Xarici ticarət dövriyyəsi 4 milyard dollar azalıb

Yanvar-iyunda Azərbaycanın xarici ticarət dövriyyəsi 13 mlrd 891,6 mln dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 4 mlrd dolar azdır (əsasən neft ixracının azalması ilə bağlı). İxrac həcmi 9 mlrd 193 mln dollar, idxal 4 mlrd 494,4 mln dollar olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əməliyyatlarda 138 ölkədən hüquqi və fiziki şəxslər iştirak edib. 88 ölkəyə ixrac, 123 ölkəyə idxal əməliyyatları olub. Əməliyyatlarda  Avropadan 45, Asiyadan 41, Yeni Dünyadan  25 dövlət iştirak edib.

İxracda neft, neft məhsulları və qaz üstünlük təşkil edir. Ardınca kənd təsərrüfatı məhsulları, alümimium, plastmass və s gəlir. İdxalda ərzaq, qara metal, maşın, mexanizmlər, elektrik avadanlığı, nəqliyyat vasitələri üstünlük təşkil edir.