Ordenli hökumətimiz

Vaxtaşırı olaraq ölkənin dövlət, hökumət adamları Azərbaycan Respublikasının ordenləri ilə təltif edilir. Transparency.az saytı Azərbaycan Respublikasının ordenləri ilə təltif olunmuş ali vəzifəli şəxslərin və Nazirlər Kabineti üzvlərinin siyahısını hazırlayıb. Siyahını təqdim edirik:
 
prezident İlham Əliyev — "Heydər Əliyev” ordeni
 
baş nazir Artur Rasizadə — "İstiqlal”, "Şöhrət” və "Şərəf”ordenləri
 
Milli Məclisin sədri Oqtay Əsədov — "Şərəf” ordeni
 
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev — "İstiqlal” və "Şərəf” ordenləri
 
baş nazirinin müavini Abid Şərifov — "Şöhrət” ordeni
 
baş nazirin müavini İsmət Abasov — "Şöhrət” ordeni
 
baş nazirin müavini Əli Əhmədov — "Şöhrət” ordeni
 
baş nazirin müavini Elçin Əfəndiyev — "Şərəf” ordeni
 
baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov — "Şöhrət” ordeni
 
daxili işlər naziri Ramil Usubov — "Azərbaycan Bayrağı” ordeni
 
müdafiə naziri Zakir Həsənov — "Azərbaycan Bayrağı» ordeni
 
ədliyyə naziri Fikrət Məmmədov — "Şöhrət” ordeni
 
müdafiə sənayesi naziri Yavər Camalov — "Şöhrət” ordeni
 
fövqəladə hallar naziri Kəmaləddin Heydərov — "Şöhrət” ordeni
 
energetika naziri Natiq Əliyev — "Şöhrət” ordeni
 
gənclər və idman naziri Azad Rəhimov — "Şöhrət” ordeni
 
kənd təsərrüfatı naziri Heydər Əsədov — 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni
 
vergilər naziri Fazil Məmmədov — "Şöhrət” ordeni
 
səhiyyə naziri Oqtay Şirəliyev — "Şöhrət” ordeni
 
nəqliyyat naziri Ziya Məmmədov — "Şöhrət” ordeni
 
rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov — "Şöhrət” ordeni
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı — "Şöhrət” ordeni
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov — "Şöhrət” ordeni
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova -"Şöhrət” ordeni
 
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev — 3-cü dərəcəli "Vətənə xidmətə görə” və "Azərbaycan Bayrağı” ordenləri
 
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev — "Şöhrət” ordeni.