
Alimlərin ehtimalına görə, şəkildəki xətti strukturları qrunt suları ilə əmələ gətirə bilər. Bu strukturlar bulaqların təsiri ilə il ərzində öz görünüşünü dəyişir.
Tədqiqatçıların fikrincə, su Marsın qütblərində donmuş vəziyyətdədir. Qruntun səthaltı laylarında və əsasən Marinera vadilərinin kanyonlarında daha çox su var.
Qeyd edək ki, 2005-ci ildə buraxılan MRO orbital aparatı 2006-ci ildə Marsa çatıb. Aparat Qırmızı planetdə çəkilişlər aparır və marsoxodlardan siqnalların Yerə ötürülməsində iştirak edir. (AZƏRTAC)