Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq AXCP sədri Əli Kərimli ilə görüşüb. Bu barədə azadliq.info-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, avqustun 14-də keçirilən görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, seçki mühiti, siyasi məhbuslarla bağlı problem, son məhkəmə prosesləri, o cümlədən Leyla və Arif Yunuslar barəsində çıxarılan məhkəmə hökmü, sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlər müzakirə olunub.
Əli Kərimli Böyük Britaniyanın səfiri ilə görüşdü
•
•