Hökumətyönlü saytlarda özünü AXCP üzvü kimi təqdim edən Sabir Məmmədov adlı şəxsin partiyadan istefa verməsi xəbəri yayılıb. Şəxsin “istefa bəyanatı”nda qeyd olunub ki, o, partiyanın qərb kuratoru, Gəncə şəhər şöbəsinin üzvüdür. AXCP-dən ayrılma səbəblərini partiyanın idarəçilik sistemindəki nöqsanlarla izah etməyə çalışan bu şəxsin iddialarının nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün qurumun Gəncə şəhər Məclis sədri Qaçay Abbasovla əlaqə saxladıq. Məlum oldu ki, Sabir Məmmədov ümumiyyətlə AXCP-nin üzvü olmayıb. Qaçay Abbasovun dediklərindən:
“Sabir Məmmədov 2013-cü il seçkiləri ərəfəsində AXCP-yə üzv olması üçün ərizə ilə müraciət etmişdi. Həmin vaxt o, Milli Şuranın prezidentliyə namizdəi Cəmil Həsənlinin seçki kampaniyasına öz təşəbbüsü ilə könüllü kimi qoşulmuşdu. Biz də onun ərzisəsini qəbul etdik. Lakin ona rəsmi üzvük vəsiqəsi verilməyib. Çünki partiya rəhbərliyinə təqdim etdiyi sənədlərə baxış keçirilməmiş, onun Azərbaycan Demokratiya və Rifah hərəkatında fəaliyyət göstərməsi haqda məlumat aldıq. Başqa təşkilatda fəaliyyət göstərən birisinin AXCP-dən istefa verdiyini bəyan etməsi sadəcə gülüncdür”.
azadliq.info