Yeni uçan aparat VİDEO

Quadcopterlər həyatımızda uzun zamandır var. Bu uçan aparatlardan insanlar əsasən hobbi kimi istifadə edir. Artıq bu kiçik helikopterlərin professional işlərə yaramağa başlayacağı zaman yetişir. Belə ki, hollandiyalı Thorstin Crijns adındaki bir nəfər yaratdığı multicopter ile yerdən havalanmağı bacarıb. Bu dünya mediası tərəfindən maraqla qarşılanıb.  Mətbuatda bu multicopterin gələcəkdə hava nəqliyyatı kimi istifadə olunacağı fikirləri də yer alır. Bu icadın təhlükəsizliyi barədə əks fikirlər olsa da yaxın vaxtlarda onun daha da inkişaf etdiriləcəyi gözlənilir. 
 
Bu aparat artıq Paris Air Show 2015 sərgisində də nümayiş olunub. Mütəxəssislər bu uçan aparatın təcili yardım, can qurtarma və yük daçıma xidmətlərində istifadə olunacağıını istisna etmirlər.