
Araşdırma nəticəsində məlum olub ki, axtarışa verilən prokurorlar ölkədə yoxdular. Əvvəl onların Avropaya qaçdığı güman olunurdu. Sonra xəbərləri Gürcüstandan gəldi. Təxmin edilirdi ki, prokurorlar Gürcüstana, ordan isə təyyarəylə Avropa ölkələrindən birinə qaçıblar. Sən demə, onlar Avropa ölkələrini də təhlükəsizlikləri üçün problemli hesab etdiklərindən Ermənistana sığınıblar.
Hər iki prokurorun, xüsusilə Zəkəriyyə Özün xüsusi səlahiyyətləri var idi. İstədiyi zaman istədiyi məsələni araşdıra bilərdi. Hərbçilərin dövlət çevrilişini araşdırdığından Ərdoğanın razılığı ilə sabiq prokurordan ən gizli dövlət sirləri belə, uzaq tutulmurdu. Zəkəriyyə Öz Fəthullah Gülənin adamı olduğundan Ərdoğanla nurçular arasında vəziyyət pisləşəndə ilk zərbəni də alan adam olmuşdu. İndisə Türkiyənin bu “qara qutusu” ermənilərin ixtiyarındadır. (Strateq.az)