
PKK-nın siyasi qanadı həmçinin xalqın özünümüdafiəyə başlayacağını bəyan edib və üsyana hazırlıq əmri verib.
Şırnak bələdiyyə başqanı Sərhat Kadırhan DBP-nin “müstəqillik” qərarını dəstəkləyən bəyanat yayıb. Partiyanın Şırnak təşkilatının rəhbəri Salih Güvenc bildirib ki, dövlətin heç bir strukturunu tanımırlar və dövlət tərəfindən təyin olunmuş heç bir məmurun göstərişi onlar üçün qanuni qüvvəyə malik deyil.