Hollandiyadan Rusiyaya raket ittihamı

Boing-in qəzaya uğradığı yerdən “Buk” sisteminin raketinin qalığı tapılıb 
 
Donbasda Malayziya təyyarəsinin vurulduğu ərazidə tapılan qalıqlar Rusiya istehsalı olan “Buk” zenit kompleksinin raketinə məxsus ola bilər. Bu barədə Hollandiya prokurorluğunun verdiyi bəyanatda deyilir. Tapılan qalıqlar Hollandiya Təhlükəsizlik Şurasının sərəncamındadır.  Bəyanatda həmçinin deyilir ki, “Buk” sisteminin raketinin qalıqlarına oxşayan hissələr istinqatın xüsusi marağına səbəb olub. Çünki avialaynerin qəzasında günahkarlarla bağlı xeyli məlumat verə bilər. 
 
Fizzə