Avropa superkubokunu “Barsa” qazandı

Avropa superkubokunun qalibi müəyyənləşib. Gürcüstanın paytaxtı Tiflisdə, "Dinamo Arena"da keçirilən həlledici görüşdə Çempionlar Liqasının son qalibi "Barselona" ilə Avropa Liqasını qazanan "Sevilya" üz-üzə gəlib.  Olduqca dramatik keçən görüşdə qapılara 9 qol vurulub. Fasiləyə 3:1 hesabı ilə üstün yollanan Kataloniya təmsilçisi ikinci hissənin əvvəlində daha bir dəfə fərqlənib. Lakin ruhdan düşməyən "Sevilya" hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda daha bir qol vuran "Barselona" tarixində 5-ci dəfə superkuboka sahib çıxıb.  
 
 
Oyunun taleyini həll edən zərbə
 
azadlıq.info