Avropa Şurasından sərt bəyanat

"Azərbaycanda jurnalistlərin  təhlükəsizliyilə bağlı vəziyyətin daha da pisləşməsi ciddi narahatçılıq doğurur"

Avropa Şurasının baş katibi Tyorborn Yaqland Rasim Əliyevin ölümüylə bağlı bəyanat verib. Bəyanatda deyilir:

«Mən Rasim Əliyevin öldürülməsi xəbərindən şoka düşdüm.  Azərbaycanda jurnalistlərin  təhlükəsizliyilə bağlı vəziyyətin daha da pisləşməsi ciddi narahatçılıq doğurur. Mən Azərbaycan hakimiyyətini  jurnalistin ölümünü tez və sürətlə araşdırıb cinayətkarları ədalət mühakiməsi qarşısına çıxartmağa çağırıram. Bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz: vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalı və gərəkən hər bir şey həyata keçirilməlidir».