135 ailənin məskunlaşdığı bina təhlükə mənbəyidir
Hakimiyyət ölkədəki inkişafdan, vtəndaşa qayğıdan, sosial rifahdan danışsa da real vəziyyət bunun əksini göstərir. Hər dəfə iri məmurlara məxsus 100 milyonluq villalar, şirkətlər, avtomobillərlə bağlı xəbərlər yayılır. Amma bu milyarder məmurlar ölkəsində uçuq daxmalarda yaşayan, evsizlikdən əziyyət çəkən, zəruri ehtiyaclarını ödəyə bilməyən milyonlarla insan var.
Aşağıda sizə təqdim etdiyimiz fotolar Buzovna qəsbəsində yerləşən “Xəzər” sanatoriyasında çəkilib. Bu sanatoriyada 135 məcburi köçkün ailəsi məskunlaşıb. Amma bu adamlar 20 ildir ağır şərəaitdə yaşayırlar və bu gün həmin bina təhlükə mənbəyinə çevrilib.
Bu günə qədər nə “Qaçqınkom”, nə də FHN bu adamalrın taleyi ilə maraqlanmayıb. Bütün dünyada xeyriyyə layihələri həyata keçirən hakimiyyət öz vətəndaşına qarşı bu qədər laqeyddir.
Fotolardan da göründüyü kimi bu bina hər gün çökə bilər, binanın zirzəmisi çirkab sularla dolub, elektirik xətləri müharibə bölgəsini xatırladır.
Bəli, əcnəbi müğənniyə bir mahnı üçün 2 milyon bəxşiş verən hökumət, öz vətəndaşına qarşı səxavət göstərmək istəmir. Erməninin əlindən sağ çıxanlar, hökumətin laqeydliyinin qurbanına çevrilib.
Görəsən, hökumət komandasında təmsil olunanlar belə şəraitdə 1 gün yaşaya bilərlər?