Putin yaxın dostunun pul xahişini rədd etdi

Rusiya prezidenti Putin Milli Rifah Fondundan “Rosneft”in dörd layihəsinə pul ayırmaqdan imtina edib. Buna səbəb iqtisadiyyatın ağır durumunda vəsaitlərin saxlanılmasıdır. Məlumata görə, Putin bunu iyulun sonlarında müşavirədə bəyan edib. 
“Rosneft”in yalnız bir layihəsinə – “Zvezda” gəmiqayırma mərkəzinə pul ayrılıb. 
Buna qədər layihələr Energetika Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən bəyənilib. Lakin Maliyyə Nazirliyi layihələrə qarşı çıxıb. Belə bir məlumat hökumətdən verilib. 
Fizzə