
Lexus tərəfindən yayımlanan videoda peşəkar skeytbordçu Ross McGouran belə lövhə üzərində sadə hərəkətlər edərkən çətinlik çəkir. Bu isə təəccüblü deyil. “Hoverbord” lövhəni yuxarı qaldırmaq üçün cazibə qüvvəsinə qarşı işləyən superkonduktor və maqnitlər əsasında işləyir. Lövhənin qıraqlarından çıxan buxar isə dekorasiya xatirinə deyil; bu, superkonduktorları -321 dərəcə Farangeytə qədər soyudan maye nitrogendir.
Uçan lövhə həvəskarlarını ən çox məyus edən şey isə lövhənin altında metal olmasıdır. Əgər digər məhsullarda istifadə olunan səthlərdən istifadə edilsəydi, lövhə ağır olar və onu hərəkətə gətirmək mümkün olmazdı. Əslində, Lexus “hoverbord”unun ötən on illər ərzində göstərilən laboratoriya nünayişlərindən elə böyük fərqi yoxdur. Ancaq yenə də, nəticə etibarilə, bu, bir uçan lövhədir.
Lexus lövhənin hazırlanma prosesi ilə bağlı əyləncənin arxasındakı fizikanı göstərən kiçik bir çarx da hazırlayıb.