Ukrayna Rusiyanın baş qərərgah rəisini axtarışa verdi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya baş qərərgah rəisi Valeri Gerasimovu və daha 10 hərbçini axtarışa verib. Onlar “Ukrayna ərazisində hərbi münaqişənin təşkili, hazırlanması və başlanmasında” ittiham edilirlər. 
Bunu Urkayna Təhlükəsizlik Xidmətinin baş istintaq idarəsinin rəhbəri Qriqori Ostafiqçuk bildirib. 
Ostafiqçuk qeyd edib ki, bu şəxslər İlovaysk yaxınlığında törədilən cinayət işinin araşdırılması çərçivəsində axtarışa verilib. Bu hadisə zamanı yüzlərlə urkaynalı hərbçi vəfat edib. 
Fizzə