İstanbulda dəri fabriki yanır: kimyəvi sızıntı təhlükəsi var

İstanbulda dəri fabriklərindən biri yanır, kimyəvi sızıntının baş vermə təhlükəsi var. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, müəssisənin bütün işçiləri təxliyə olunub.
Hazırda hadisə yerinə Fövqəladə Halların Qarşısının Alınması İdarəsinin (AFAD) qrupları cəlb edilib.
Yanğının səbəbləri barədə məlumat verilmir