
Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutnuni bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub.
Tanilə Əhmərova milli konomuzda bir sıra yaddaqalan obrazlar yaradıb. Tamaşaçılar onu "Qayınana" filmindəki Sevda rolundan yaxşı tanıyırlar.
Tanilə Əhmərova bu ilin əvvəlində insult keçirmişdi. Vəziyyəti ağır olan aktrisa yeriyə bilmirdi.
Qeyd edək ki, Tanilə Əhmərova “Üzü küləyə”, “Üzeyir ömrü”, “Tələ”, “Təhminə” kimi bir sıra filmlərdə də rol alıb. Yaratdığı ən yadda qalan obrazlardan biri isə “Qayınana” filmindəki stomatoloq Sevda xanımdır.
"Bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir".
Bu sözləri xalq artisti Fuad Poladov “Qayınana” filmindəki tərəf-müqabili, Sevda rolunu canlandıran mərhum aktrisa Tanilə Əhmərova ilə bağlı xatirələrini Axar.az-a danışarkən deyib. O, ötən gün dünyasını dəyişən T.Əhmərovanı belə xarakterizə edib:
“Tanilə Əhmərova həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Xatirimdə çox yaraşıqlı, həlim bir xanım kimi qalıb. Çox gözəl aktrisa, özünəməxsus rolların ifaçısı idi. Bunlardan biri də “Qayınana” filmindəki Sevda roludur. Filmdəki rolu həyatdakı obrazına çox uyğun gəlirdi. Azərbaycan kinosunda öz imzasını qoydu Tanilə xanım.
Uzun müddət xəstə yatdı. Mən də bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir. Dünən vəfat etdiyini eşidəndə çox pis təsir etdi mənə. Təəssüf ki, əlimizdən heç nə gəlmir, Allahın işidir. Mədəniyyətimizə, xalqımıza böyük itkidir. Allah rəhmət eləsin”.
Allah rəhmət eləsin