Yanan binanın sakinləri aksiyaya hazırlaşırlar

Hadisə ilə bağlı aparılan istintaqla bağlı Abid Şərifovun açıqlaması niyə özünü doğrultmadı?

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yaşayış binasında baş vermiş yanğından zərər çəkən bir qrup şəxs Bakı Şəhəri Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etməyə hazırlaşırlar. Bu bərədə Modern.az saytına zərəəkmişlərin özləri məlumat veriblər.

Bu ilin 19 mayında baş vermiş dəətli yanğın hadisəsi zamanı həmin şəxslərə məxsus avtomobillər, qeyri-yaşayış sahələri və iş yerləri tamamilə və ya qismən yanaraq, sıradan çıxıb. “Həmin yanğın hadisəsi zamanı bizə məxsus avtomobillər, qeyri-yaşayış sahələri və iş yerləri tamamilə və ya qismən yanıb. Nəticədə 12-dək ailəyə ciddi maddi ziyan dəyib. Bütün israrlı tələblərimizə və müraciətlərimizə baxmayaraq, hadisə ilə əlaqədar yaradılmış Dövlət Komissiyası hüquqlarımıza hörmət etmir, qurumun məsul şəxsləri bizi aldatmaqla məşğuldurlar”,- deyə zərəçəkmişlərdən biri Zəmanət Daşdəmirova bildirib Onlar özlərinə dəymiş ziyana görə kompensasiya istəyirlər.

Avtomobilləri, qeyri-yaşayış sahələri və iş yerləri sıradan çıxan zərəçəkmişlər “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanundan istifadə etməklə səslərinin yuxarı instansiyalara çatması üçün avqustun 10-da Nazirlər Kabinetinin binası qarşısında piket keçirmək istəyirlər. Piketin şüarı “Prezidentin sərəncamı yerinə yetirilsin!” olacaq.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb. Komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur. Yeri gəlmişkən, Abid Şərifov bildirmişdi ki, 10 gün ərzində istintaq yekunlaşacaq. Bu müddət artıq tamam olub. Amma istintaqın yekunlaşdığı barədə xəbər yoxdur. “Azadlıq”a daxil olan məlumata görə, istintaqın uzanması bu olayla bağlı qruplararası savaşdan irəli gəlir. Yada salaq ki, hadisə ilə bağlı yaradılan komissiyanın iclasında Ilham Əliyev ona ziddiyyətli məlumatlar verildiyini bildirmişdi. Ölkə başçısının bu fikri qruplaşmaların hadisədən bir-birinə qarşı istifadə etdikləri barədə ehtimalların əsassız olmadığını göstərirdi. Bundan başqa iclasda çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov məsuliyyəti icra hakimiyyətlərinin üzərinə yıxmışdı. Nazir bildirmişdi ki, Fövqəladə Halllar Nazirliyi (FHN) binalara vurulan “penoplast”a müsbət rəy verməyib və bununla bağlı icra hakimiyyətlərini xəbərdar edib. Bundan sonra Binəqədinin icra başçısı Xaləddin Isgəndərov mətbuata açıqlamasında demişdi ki, binalara həmin üzlüklərin vurulmasına razılıq FHN-nin rəyi əsasında verilib.

Məlumata görə, hadisə ilə bağlı qruplar arasında gedən savaş indi daha gərgin fazaya qədəm qoyub. Bu məsələdə xüsusilə Kəmaləddin Heydərovla vergilər naziri Fazil Məmmədov arasında savaş getdiyi bildirilir. Qeyd edək ki, Xaləddin Isgəndərov Fazil Məmmədovun yaxın qohumudur. Güman ki, bu işlə bağlı məhkəmə prosesində də ilginc açıqlamaların şahidi olacağıq.