Maliyyə sektorundakı problemlər Azərbaycanın kredit ittifaqlarına da mənfi təsir edib. Əsasən bölgələrdə fəaliyyət göstərən kredit ittifaqlarının əksəriyyəti ödəmə və vəsait çatışmazlığı prrblemi ilə üzləşiblər. Bu barədə fins.az-a “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyinın İdarə Heyətinin sədri Ayaz Quliyev bildirib.
«Burada vəziyət banklardan da ağırdır»
Ayaz Quliyevin sözlərinə görə, hazırda kredit ittifaqlarının fəaliyyətində ciddi problemlər yaranıb və vəziyət hətta bank sektorunda olduğundan da çətindir: «Kredit ittifaqlarının öz vəsaitləri yoxdur, onlar Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ayrılan Dünya Bankının və digər quramların vəsaitləri hesabına fəaliyyət göstərirdilər. İndi isə bu vəsaitlər dayanıb».
Birlik sədri deyir ki, banklardan fərqli olaraq kredit ittifaqları öz problemlərini payçılarının hesabına həll edə bilmirlər. Çünki ittifaqların depozit qəbul etmək imkanı yoxdur, üstəlik bu təşkilatlar adətən imkansız təbəqələrlə və region sakinləri ilə işlədiyinə görə, onlar ittifaqın işinə əlavə yatarım edə bilmirlər: «Onlar ancaq maliyyələşdirdikləri kapitallarla işləyirdilər və indii çətinliklərlə üzləşiblər».
Problemli kreditlər kəskin artıb
A.Quliyev bildirib ki, ittifaqların üzləşdiyi əsas problem ayırdıqları kreditlərin yığıla bilməməsidir. Belə ki, müştərilər ittifaqın gücdən düşdüyünü və daha kredit ala bilməyəcəklərini gördükdə ona olan borclarını qaytarmağa tələsmirlər: «Əvvəllər əhali pulu qaytarırdı ki, qaytarsa yeni kreditlər götürə biləcək, amma görürlər ki, qaytarsalar da yeni kredit imkanları azdır, ona görə də, kretiditi qəsdən gecidik.dirirlər».
İttifaqların yarısı bağlana bilər
Hazırda ölkədə 87 kredit ittifaqı fəaliyət göstərir ki, onların da 35 minə yaxın üzvü var. Birlik rəhbərinin sözlərinə görə, hazırda kredit ittifaqlarının 20-si problemlə üzləşib: «Özü də bunlar kiçik ittifaqlar deyil, əksəriyyətinin kreliti portfeli 1 milyondan artıq, üzvlərinin sayı isə 700-800 arasındadır». Əgər vaxtında təbir görülməsə ittifaqların yarısı fəaliyyətini dayandıracıq.
Yaranmış vəziyyət bölgələrdə kənd təsərrüfatı işlərinə də mənfi təsir edəcək. Belə ki, ittifaqların kreditlərinin əksəriyyəti kənd təsərrüfatı məqsədləri üçün ayrılıb.
İndi yeni kreditlərin ayrılmaması fermerləri çətin vəziyyətə salıb: «Mən indii Beyləqandayam, burada əhalinin 90%-i kredit ittifaqlarının kreditləri ilə işləyir. Məsələn, indi payız əkinləri yaxınlaşıb və problemlər yaranmağa başlanıb». Birlik rəhbəri bildirib ki, vəziyyətdən çıxmaq və ittifaqlara vəsait cəlb etmək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.
«Asan kreditlər»in ziyanını çəkirik
Ayaz Quliyev bildirib ki, vəziyyəti pisləşdirən digər səbəb kredit ittifaqlarında kreditləri vaxtilə asanlıqla verilməsi olub: «Banklardan fərqli olaraq krelit ittifaqlarında kredit götürmək imkanları daha asan idi. Çünki kreditlər kənar şəxslərə yox, ittifaqın öz üzvlərinə verilirdi. Onların üzvləri də bir-birini tanıyırdı. Hətta özləri kredit vermək üçün müştəri axtarırdılar. Ona görə də girov vəz amin tələb olunmurdu». İndi isə kreditlər qaytarılmaynada məlum olub ki, kredit ittifaqlarının müştərilərə təsir imkanları yoxdur: «Əksəriyyət kredit ittifaqları kreditləri girovsuz və zaminsiz verdiklərinə görə, problemlərlə üzləşiblər. Necə deyərlər, kredit ittifaqları yumşaq şərtlərin ziyanını çəkirlər».
Birlik sədri deyir ki, ittifaqlar bu vəziyyətdən hökmən nəticə çıxaracaqlar. Yəni kredit verilməsi şərtləri daha sərt olacaq : «İnanmıram ki, bundan sonra krelit ittifaqları bu şərtlərlə kredit verələr. Hətta fəaliyyətini davam etdirsələr də daha ehtiyatlı kredit siyasəti yeridiləcək. Artıq indidən kreditlərin verilməsində yeni mexanizmlərin tətbiqi barədə müzakirələr başlayıb».


