
Hesabat ayında ARDNF-nin avroda olan aktivləri məzənnə dəyişikliyindən (dollar ekvivalentində) 68 mln. dollar azalıb.
Bundan başqa, analoji səbəbdən Avstraliya dollarına yatırılan investisiyalar 12 mln. dollar, Türkiyə lirəsinə – 1,5 mln. dollar, Rusiya rubluna – 54 mln. dollar, Koreya vonuna investisiyalar isə 17,5 mln. dollar dəyərində zərər yetirib.
Eyni zamanda, Fondun qızıla yatırdığı sərmayələr iyul ayı nəticəsində dünya bazarında müşahidə olunan ucuzlaşma səbəbindən 86 mln. dollar dəyərdən düşüb. (Report)