
“Azərbaycan insan hüquqlarına ciddi yanaşırsa, siyasi məhbusları azad etməyin və fundamental hüquqlara hörmət etməyin tam zamanıdır”, deyə senator Milli Məclis üzvü Elxan Süleymanovun məktubuna cavabda yazıb.
Bir müddət əvvəl, Amerika qanunvericiləri İlham Əliyevə vətəndaş cəmiyyətinin və müstəqil mətbuatın təqibinə son qoyulmasını tələb edən məktub göndərdikdən sonra bu deputat 16 Amerika senatorunu Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham etmişdi. (contact.az)