
İranın “Petropars Əməliyyat və İdarəçilik” və “Petropars Ehtiyatların Mühəndisliyi” şirkətləri artıq beynəlxalq səviyyədə fəaliyyət göstərmək imkanına malikdirlər.
Avropa İttifaqı Avropa Şurasının tövsiyəsini nəzərə alaraq sözügedən şirkətləri sanksiya tətbiq edilən şirkətlərin siyahısından çıxarıb. Qurumun bəyanatında bildirilir ki, bu addım İranın nüvə proqramına dair əldə olunan razılaşmaya əsasən atılıb. (AZƏRTAC)