PKK Türkiyəyə göz açmağa imkan vermir

Son iki gündə 3 türk əsgəri şəhid olub, 39-u yaralanıb

Türkiyənin iki bölgəsində təcili antiterror əməliyyatlarına qərar verildi

PKK son günlər həyata keçirdiyi ardıcıl terror aktları ilə Türkiyəyə sözün əsl mənasında, göz açmağa imkan vermir. Hər gün ayrı-ayrı bölgələrdə polis bölmələrinə, hərbi hissələrə PKK silahlılarının hücumları olur.

Ağrıda dəətli partlayış

Son olaraq avqustun 2-də terrorçular Türkiyənin Ağrı bölgəsindəki Qarabulaq polis bölməsinə iki ton partlayıcı maddə daşıyan traktorla hücum ediblər. Partlayış nəticəsində gecə növbəsində olan 2 türk əsgəri şəhid olub, 31-i yaralanıb. Bunun ardından terrorçular polis bölməsinə atəş açıblar. Dəətli partlayışın təsirindən yaxınlıqdakı evlərin sakinləri arasında da xəsarət alanlar olub. PKK-çılar təcili yardım maşınının hadisə yerinə gedib çıxmaması üçün yolları bağlayıblar. Hüquq-mühafizə əməkdaşları və təhlükəsizlik qüvvələri operativ şəkildə əraziyə gələndən sonra tərəflər arasında atışma başlayıb. Bundan sonra terrorçular yaralı vəziyyətə Ağrı dağındakı sığınacaqlarına doğru qaçıblar.

Türkiyə mətbuatının yazdığına görə, şəhid əsgərlərdən biri Adıyamandan olan Medet Mart, digəri isə Siirtdən olan Mansur Çingizdir. Əgərlərin bu gün xüsusi mərasimlə dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Ağrı bölgəsində bir neçə gün əvvəl də bir neçə türk əsgəri PKK terrorçuları tərəfindən şəhid edilmişdi. Bunun ardınca Türkiyə qırıcıları PKK-nın Ağrı dağındakı mövqelərini bombardman etmişdilər.

Dünən o da məlum olub ki, son terror olaylarına görə, Ağrı 15 günlüyünə hərbi təhlükəsizlik zonası elan edilib. Ağrı valiliyindən verilən məlumata görə, bölgədə artan terror olaylarına cavab olaraq Türkiyə Silahlı Qüvvələri hərbi əməliyyatlara başlamaq barədə qərar verib. Ağrının müvəqqəti olaraq hərbi təhlükəsizlik bölgəsi elan edilməsi də bununla bağlıdır. Artan terror olayları səbəbindən Türkiyənin Tunceli bölgəsi ilə də bağlı eyni qərar qəbul olunub.

PKK Mardində türk əsgərlərinə tələ qurdu

Ağrıdakı terrordan cəmi bir neçə saat əvvəl – avqustun 2-nə keçən gecə PKK silahlıları Türkiyənin Mardin bölgəsində də terror aktı həayta keçiriblər. Nəticədə türk ordusunun 1 əsgəri ölüb, 8-i yaralanıb. Terrorçular avqustun 2-nə keçən gecə Mardindəki neft kəmərini partladıblar. Partlayışdan dərhal sonra isə ərazini minalayıblar. Hadisə yerinə gələn əsgərlər bilmədən PKK-nın bu tələsinə düşüblər. Əraziyə xeyli sayda polis və təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub.

Maraqlıdır ki, Iraqın kürd bölgəsinin lideri Məsud Bərzani Türkiyədə yaşanan gərginliyə görə PKK-nı da günahlandırıb. Bərzani hesab edir ki, vəziyyətin bu həddə çatmasında yeganə günahkar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyil. Onun sözlərinə görə, PKK daxilində də barış istəməyən qüvvələr var.

Bərzani: “PKK kürd xalqına düşmənçilikdən əl çəksin”

Bərzani hökumətinin növbəti maraqlı açıqlaması bir neçə gün əvvəl partladılan Kərkük-Yumurtalıq neft kəməri ilə bağlı olub: “Bir ildənÿartıqdır ki,ÿrəsmiÿBağdad bizəÿbüdcədənÿpul ayırmır. IŞID-ləÿdöyüş,ÿ1ÿmilyon 800 mindən artıq qaçqın və məcburi köçkünÿsəbəbindənÿçox ağır iqtisadi böhran yaşayırıq. Neft bizimÿəsas gəlir qaynağımızdır. Məmurlarınÿmaaşları vəÿəhalinin digərÿehtiyaclarıÿbu qaynaqdan təmin olunur. Odur ki, məlumÿtəxribat kürdÿxalqına, kürdÿəsgərlərinə və Kürdüstan bölgəsindəki köçkünlərəÿqarşıÿedilmişÿböyük bir məsuliyyətsizlikdir. Kərkük-Yumurtalıq neft kəmərinin partladılmasına etiraz edirik və hadisəni kürd xalqının ruzisinə qəsd kimi qiymətləndiririk”.

Xatırladaq ki, boru xətti iyulun 29-da Türkiyənin Cizrə əyalətində partladılmışdı. Partlayışdan sonraÿPKK bu terror aktını özünün törətdiyini etiraf etmiş və xəbəri rəsmi internet səhifəsində yaymışdı. Bu olaydan sonra Bərzani hökumətiÿPKK-nıÿKürdüstan bölgəsinə düşmənçilikdən əl çəkməyə dəÿçağırıb. Kərkük-Yumurtalıq kəməri Şimali Iraq neftini Aralıq dənizinə, ordan isə beynəlxalq bazara daşıyan yeganə kanaldır.

PKK neft kəməri terrorunu boynundan atır

Bu bəyanatın ardınca PKK-nın əsgəri qanadı kimi tanınan Xalq Müdafiə Güclərinin (HPG) rəsmi açıqlaması yayılıb. HPG bu açıqlamada Şimali Iraq kürd muxtariyyətinə aid boru xəttində törədilən terror aktının məsuliyyətini boynundan atmağa çalışıb: “Iyulun 29-da Kərkük-Yumurtalıq neft kəmərində baş verən partlayış Şırnakın Silopi mahalında yerli hərbi dəstələrin öz təşəbbüsləri ilə törədilib, mərkəzdən verilən göstərişlə həyata keçirilməyib. Bu kimi məsələlərdə duyduğumuz məsuliyyət və həssasiyyət hər kəs tərəfindən bilinməlidir. Hadisəni törədən məhəlli birliklər boru xəttinin kimə aid olduğunu bilməyiblər. Hadisəni fərqli qiymətləndirərək təhrif etmək heç kimin xeyrinə olmayacaq”.

Maraqlıdır ki, məlum hadisə baş verən zaman HPG partlayışı özünün törətdiyini rəsmi saytında etiraf etmişdi.ÿBir gün sonra etiraf xəbəri saytdan silinmişdi. HPG-nin geri addım atmasının səbəbi terror olayının kürd ictimaiyyəti arasında da xoş qarşılanmamasıyla əlaqədardır. Son bir neçə gündə Şimali Iraq kürd muxtariyyətinin Nazirlər Kabineti hadisəni qınayan bir neçə bəyanat verib, PKK-nı kürd xalqına düşmənçilikdən əl çəkməyə, sığındığı bölgəni tərk etməyə çağırıb. Görünür, kifayət qədər ağır ittihamlarla dolu olan bu bəyanatlar PKK-nı rəsmi mövqe bildirməyə vadar edib. Daha bir maraqlı məqam PKK-nın kürdlər arasında da ciddi fikir ayrılığına səbəb olan terror aktının məsuliyyətini öz üzərindən atmağa çalışdığı bir vaxtda həmin boru xəttində növbəti təxribata cəhd edilməsidir. Kəməri partlatmaq istəyən qrupla onu qoruyan türk əsgərləri arasında baş verən insidentdə bir hərbiçi şəhid olub, dördü isə yaralanıb(strateq.az).

HDP-dən son terror olaylarına reaksiya

Son günlər ard-arda yaşanan terror olaylarına HDP-dən də reaksiya gəlib. Dünən küryönümlü partiya bəyan edib ki, çözüm mərhələsi ilə bağlı razılaşmanın (hökumətlə PKK arasında-red:) “havada qaldığı” hər bir gün həm kürd, həm türk xalqına baha başa gəlir: “Qarşıdurmaya son verilməlidir. Partiyamız bütün təşkilatların barış və çözüm üçün çalışmalı olduğunu bəyan edir. Sarayın savaş planına qarşı barış dirənişi göstərəcəyik”.

Gültəkin