Öz “cib”indən tonlarla narkotik çıxır
Azərbaycan hakimiyyəti öz adını başqalarına qoymaq istəyib. Məsələn, ermənipərəst ölkələrə milyonlarla yatırım edib, ermənilərə atalıq edən Rusiyanın qarşısında səcdə edib, sonra vicdanlı insanlara “erməni” damğası vurublar. Yaxud ölkədə repressiya siyasəti həyata keçirib, insan haqlarını kobud şəkildə pozub, sonra Avropanı saxtakarlıqda ittiham ediblər. Belə nümunələr çoxdur və YAP hakimiyyətinin dəyişməz şakəridi.
Amma narkotika məsələsində hökumətimiz, ümumiyyətlə, “qızıl xırdalayır”. Ölkənin tanınmış din xadimləri, müxalifətçilər bir qayda olaraq narkotika ittihamı ilə həbs edilir. Ümumiyyətlə, insanların cibindən narkotika çıxarmaq bizim hökumətimizin ən sevimli hobbisidir. Son olaraq isə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın qohumlarının və “Meydan TV”-nin direktoru Emin Millinin qayınının cinidən narkotika “tapdı”lar.
Amma maraqlı burasıdır ki, bütün dünya narkotika ticarətində Azərbaycan hakimiyyətini “bariqa” kimi təqdim edir. Xatırlayırsızsa, baş nazirin müavini Əli Həsənov demişdi ki, müsadirə olunan narkotika əvəzinə poroşok yandırılır. Eyni zamanda məmur övladlarının narkomaniyaya qurşandığını da etiraf etmişdi. Bundan sonra Azərbaycandan aparılan 3 ton heroin aşkar edildi və məlum oldu ki, bu miqyasda narkotikanı yalnız hökumətin icazəsi ilə ölkədən çıxarmaq mümkündür. Bugünə qədər də həmin 3 ton heroinlə bağlı məlumat verilmir. 2014-cü ilin iyulunda Azərbaycandan Gürcüstana daxil olarkən yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 600 kq maye heroin, morfin və kodein daşıyan yük maşını saxlanılmışdı.
Son olaraq isə Azərbaycanın adı yenə də narkotika da hallandı. “Associated Press” agentliyinin yaydığı xəbərə görə, Rumıniyada Ukrayna ərazisindən Qərbi Avropaya gedən 333 kiloqram heroin daşıyan iki yük maşını saxlanılıb. Güman olunur ki, heroin Əfqanıstanda istehsal olunub. Öz növbəsində, RIA agentliyi bildirib ki, narkotik Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçirilib.
Bəli, Azərbaycanın adı tez-tez iri narkotika əməlliyatlarında önə keçir. Amma hökumət öz cibindən çıxan tonlarla narkotikadan qənaət edərək, vicdanlı insanların cibinə atmağı da unutmur. Özləri narkotikanın təsirindən bihuş olublar. Istəyirlər ki, təmiz insanları da bu ləkləyə bulaşdıralar.
Əgər Qənimət Zahidin, Emin Millinin qohumlarının cibindən çxıarılan 2-3 qram narkotikanın cəzası uzun illər həbsdə yatmaqdırsa, hakimiyətin cibindən çıxan narkotiya görə bütün komandaya ölüm cəzası verilməlidi.
Göründüyü kimi, bu hakimiyyət ən ləyaqətsiz, iyrənc ssenarilərin müəlifidir. Ölkəyə narkotikanı gətirən bunlar, ölkədən narkotikanı çıxaran bunlar, narkomaniyaya qurşanmış bunların övladları, amma narkotika ittihamı həbs olunanlar günahsız insanlardır. Heç kimə sirr deyil ki, bu gün narkotika ittihamı ilə həbs olunmuş fəalların yeganə günahı haqqı demək, hakimiyyətin cinayətlərinə etiraz etməkdi. Amma hakimiyyət ləyaqətli mübarizə apara bilmədiyi üçün ləyaqətsizliklə silahlanmağa qərar verib.
Bu ölkədə narkotika həm də siyasi rəqiblərə qarşı mübarizə üsuludur. Hökuməti tonlarla narkotikanı satışa çıxaranda müəyyən miqdarını da şərləmə əməliyyatları üçün ayırır. Bəli, narkobaron hökumət insanları “narkotika” ittihamı ilə cəzalandırır. Adlarının ləkələndiyini bildikləri üçün öz adlarını başqalarına qoyurlar.
Akif