Azərbaycan cizgi filmi beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan bu il sentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərində keçiriləcək XXII KROK Animasiya Filmləri Festivalında iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalın seçim komissiyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edib. “Azanfilm” studiyasının “Birlik” yaradıcılıq birliyi ilə istehsal etdikləri “Köhnə saat” cizgi filmi Off Limits müsabiqə proqramında Italiya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq.
“Köhnə saat” filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.