Gültəkin Hacıbəyli: «Avropalı deputatların fərdi qaydada ələ alınmaması, seçkilərlə bağlı
fərqli fikrin səsləndirilməməsi üçün Avropa Parlamenti bu addımı atır»
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə və Büro üzvlərinə məktub ünvanlayıb.
APA-nın məlumatına görə, məktubda bildirilir ki, Avropa Parlamenti (AP) katibliyinin Siyasi Komitə üzrə məruzə layihəsinin hazırlanmasını öz üzərinə götürməsi Avropa Parlamentinin Şərq Tərəfdaşlığı ölkələrinə təsir vasitəsini saxlamaq cəhdi kimi qiymətləndirilməlidir: “Biz dəfələrlə belə təzyiqlərin və ayrı-seçkiliyin şahidi olmuşuq. Misal üçün, AP-nin seçkiləri müşahidə missiyasının 2013-cü ildə Azərbaycanda prezident seçkilərini ədalətli və şəffaf seçkilər kimi qiymətləndirməsinə baxmayaraq, bu qurum müxtəlif qeyri-obyektiv və qərəzli bəhanələrlə 2015-ci ildə seçkilərə müşahidə missiyası göndərməməyi qərara alıb. Bununla yanaşı, AP deputatlarına da müstəqil şəkildə Azərbaycanda seçkiləri müşahidə etməyə qadağa qoyulub”.
E.Süleymanov məktubunda qeyd edir ki, Katibliyin bugünlərdə göndərdiyi məktubda iki Komitə üzrə məruzənin AP komponenti katibliyi, digər iki Komitə üzrə isə Şərq Tərəfdaşlığı komponentinin katibliyi tərəfindən hazırlanması təklif edilir. Onun sözlərinə görə, məktubda “ədalətli” bölüşdürülmə təklif edilsə də, AP komponenti katibliyinin Siyasi Komitə üzrə məruzəni götürdüyü bildirilir: “Bununla bağlı bildirmək istərdik ki, Avronest PA-da hər iki komponent bərabər hüquqlara malikdirlər, AP ilə Şərq Tərəfdaşlığı ölkələri bərabər hüquqlu tərəflərdir. Azərbaycan nümayəndə heyəti qeyd edilənlər kontekstində Siyasi Komitənin məruzəsinin ilkin variantının AP komponenti katibliyinin hazırlamasına qəti etiraz edir və bu etiraz nəzərə alınmayacağı təqdirdə Siyasi Komitənin iclaslarına, o cümlədən Assambleyada həmin məruzənin müzakirələrinə qatılmayacağını bildirir”.
Əgər E.Süleymanov bundan əvvəl Avropa Parlamentinin prezidentinə yazdığı məktubda təşkilatın Azərbaycandakı parlament seçkisini boykot etdyini vurğulayırdısa, hazırda AP tam başqa addımlara görə tənqid “atəşinə” tuş gəlib. Amma hər bir halda baş verənlər göstərir ki, hakimiyyət ona qarşı olan beynəlxalq təzyiqdən narahatlıq keçirir.
Onu da qeyd etmək lazımdır ki, Avropa Parlamentinin üzvlri qəbul olunan qərarı şərh edərkən onu vurğulayırlar ki, AP-nın ölkəmizə müşahidə missiyası göndərməkdən imtina etməsi parlament seçkilərinin azad və ədalətli keçirilməsinə şübhə ilə yanaşmasından irəli gəlir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar hakimiyyətin “kürü diplomatiyası”na cavabdır. G.Hacıbəylinin sözlərinə görə, son parlament seçkilərində Azərbaycan hakimiyyətinə qarşı loyallığı ilə seçilən və ölkəmizə fərdi qaydada dəvət edilən AP deputatlarından ibarət nümayəndə heyəti seçkilərə müsbət rəy vermişdi. Bu rəyin ATƏT-in müşahidə missiyasının rəyi ilə ziddiyyət təşkil etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, AP rəhbərliyinin müdaxiləsindən sonra təşkilat bu rəydən imtina etdi: “O zaman bəlli oldu ki, avropalı deputatlar ölkəyə fərdi qaydada, Azərbaycandan olan deputatların dəvəti ilə gəliblər. Bu dəfə də bu cür hala yol verilməməsi, avropalı deputatların fərdi qaydada ələ alınmaması, seçkilərlə bağlı fərqli fikrin səsləndirilməməsi üçün Avropa Parlamenti bu addımı atır. Bu həm də onun göstəricisidir ki, qarşıdan gələn seçkilərlə bağlı Avropa institutlarının mövqeyi birmənalıdır. Onlar seçkilərdə hər şeyi olduğu kimi ağı ağ, qaranı isə qara olaraq dəyərləndirmək niyyətindədirlər. Azərbaycana uzun illər olduğu kimi güzəşt edilməyəcək”.
Xəyal