İran Avropa Birliyi ilə danışıqlara başlayır

İranla Avropa Birliyi yüksək səviyyədə danışıqlara başlamaq qərarına gəliblər. Bunu İranın xarici işlər naziri Məhamməd Cavad Zərif iyulun 28-də Tehranda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogerini ilə görüşdən sonra bəyan edib.
 
Mogerini İranla yekun nüvə sazişini müzakirə eləmək üçün Tehrana 1 günlük səfərə gedib.
 
Mogerini isə görüşdən sonra bildirib ki, onlar energetika sahəsində əməkdaşlıq və insan haqları sahəsi də daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər.
 
Zərif danışıqların yaxın gələcəkdə başlanacağını bildirib.
 
Tehranla 6 dünya ölkəsi arasında əldə edilmiş razılaşmada İranın nüvə proqramını dondurması, əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvi nəzərdə tutulur.
 
Fizzə