Yerevanda yenə ara qarışır

Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan "Ayağa dur, Ermənistan!" hərəkatı Yerevanın mərkəzindəki Azadlıq meydanında 72 saatlıq oturaq piket keçirməyə qərar verib. Lakin oturaq aksiya keçirməyə icazə verilməyib.
 
Aksiyaçılara yaxınlaşan İrəvan polis rəisinin müavini Valeri Osipyan fəallar Andrias Qukasyan və David Sanasaryana Azadlıq meydanının başqa sahəsində nümayişə başlamağı təklif edib. "Sizin nümayişinizə icazə verilməyib, biz sizin burada aksiya keçirmənizə imkan verməyəcəyik", – deyə Osipyan bildirib. Polis nümayişçilərə düşünmək və yerlərini dəyişmək üçün vaxt verib.