“Sinəsinə döyənlər orden almaqla məşğuldu”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev Moderator.az-a açıqlamasında Azərbaycan mediasının mövcud durumu ilə bağlı maraqlı fikirlər səsləndirib. A.Əliyev medianın ona yönəlik basqılara heç bir müqavimət göstərməməsini medianın düşdüyü acınacaqlı vəziyyətlə izah edib:
“Azərbaycanda mətbuat qalmadığı üçün media azadlığına yönəlik basqı və bəyanatlara cavab verən yoxdur. Mətbuatın 99%-i bu prinsiplə – yalnız şəxsi maraqlarını təmin etmək və qalan hər şeyə göz yummaq prinsipi ilə yaradılıb. Bu vaxta qədər sinəsinə döyən jurnalistlər bu gün orden-medal almaqla məşğuldurlar. Bütün  bunlar hər kəsin gözü önündə baş verir. Onlar yalnız özlərinin təltif edilməsi ilə bağlı əlaqədar qurumlara müraciət etməklə məşğuldurlar. Azərbaycanda real mətbuat, onun real siması bundan ibarətdir”.