
Nəşrin yazdığına görə, Rusiya prezidenti Putinin ölkəsinin qızıl ehtiyatlarını artırmaq cəhdi uğursuzluğa duçar olub. Buna səbəb qiymətki metalın getdikcə dəyərdən düşməsidir.
Qəzetin yazdığına görə, Putin artıq neçə ildiri Qərbdən asılılığı azaltmaq məqsədi güdür. O dövlət ehtiyatlarının dollrla saxlanılmasını heç cür həzm edıb bilmirdi. Ona görə də alternativ axtarışı ilə məşğul oldu.
Krım böhranından sonra Moskva dollardan sonra ikinci əhəmiyyətli valyuta olan avroya yatırım obyekti kimi baxmırdı. Çin yuanı ehtiyat valyuta kimi yarımır. Yeganə variant kimi qızıl qalırdı.
Die Welt yazır ki, 2007-ci ildən Rusiya qızıl ehtiyatlarını 400 tondan 1275 tona qədər artırıb. Son bir yada 24 ton qızıl alınıb. Nəticədə bu gün qızıl ehtiyatına görə dünyada 6-cı yerdədır. Bu göstəriciyə görə ABŞ, Almaniya, İtaliya, Fransa və Çindən geri qalır. Ancaq problem ondadır ki, inverstorlaar arasında qızıl artıq dəbdən düşüb. Ona görə də xammal birjalarında Rusiyanın var-dövləti “əriməkdədir”. Qızıl bir unsiyası 1100 dollardan ucuzdur, bu da 2010-cu ildən bəri ən aşağı göstəricidir. Ötən ildən bəri qızıl təxminən 20 faiz ucuzlaşıb.
Nəticədə Rusiya böyük itkilərə məruz qalıb. Rusiyanın qızıl ehtiyatları 45 mlrd dollara bərabərdir. 2011-ci ildə də göstərici eyni idi. Bu isə o deməkdir ki, son 4 ildə alınan 439 ton qızıl ölkəyə bir sent belə gəlir gətirməyib. Yəni Putin 15 mlrd dollar, yəni ölkə ehtiytlarının təxminən 5 faizini israf edib.
Fizzə