Rövnəq Abdullayevin yersiz nikbinliyi

ARDNŞ neftin bahalaşacağını, dünya ekspertləri isə kəskin şəkildə ucuzlaşacağını deyir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev neftin qiymətinin bahalaşacağını bildirmişdi. Onun sözlərinə görə, qarşıdakı 1-2 il ərzində neftin qiyməti neftin qiyməti 65-75 dollar arasında dəyişəcək. Rövnəq Abdullayev nikbin olsa da, dünya ekspertləri bədbin proqnozlarla çıxış edir. “Bloomberg” agentliyi “Morgan Stanley” bankının təhlilçilərinin proqnozlarının əsasən məlumat yayıb ki, dünya bazarında dəyişikliklər neftin qiymətini son 30 ildə ən kəskin həddə sala bilər.
Ekspertlər qeyd edirlər ki, indiyədək neftin qiymətində enmə və nəticədə neft istehsalına sərmayələrin azalması dünya bazarına çıxarılan neftin həcmini azaltmayıb.
Üstəlik, son yarım ildə OPEK ölkələrində neft istehsalı sutkada 1.5 milyon barrel artıb.
Irana qarşı sanksiyaların qaldırılması və vətəndaş müharibəsi içində çabalayan Liviyada durumun yaxşılaşması ilə bazara yeni neft axını başlaya bilər ki, bu da qiymət artımını əngəlləyəcək.
Beləliklə də, proqnozda deyilir ki, düşüş minimum 3 il çəkə bilər və bu, 1986-cı ildəkindən də pis olar. Bu baxımdan Rövnəq Abdullayevin nikbinliyini yersiz hesab etmək olar.