
“Yuxarı siniflər üzrə məktəbli dəstələri ölçülərə görə 40-45 manat idisə, hazırda 43 manatdır”.
E.Əzimov məktəbli formalarını alanların az olduğunu qeyd eidb. “İndi hamı istrahətdə olduğu üçün alıcılar azdır. Kimlər ki, növbəsiz almaq istəyir, indidən alırlar. Qalanları isə dərslərin açılmasına 5-10 gün qalmış əla-ayağa düşürlər”.
Satış şöbəsinin rəisi hazırda bazarda saxta məktəbli formalarına rast gəlmədiyini vurğulayıb. “Hələki saxta məktəbli formalarının satışı aparılmır. Yəqin onları satanlar da dərslərin açılmasına az qalmış canlanacaqlar. Biz hazırda müəyyən qədər məktəbli forması tikmişik, təlabat olarsa yenidən tikiləcək. Bizdə həm hərbi sifarişlər, həm uniformalar tikildiyi üçün gərgin iş gedir. Tikiş evində 800 qadın çalışır, ona görə yoğun iş rejimində çalışırıq” deyə E.Əzimov qeyd edib.