Bu qədər şəffaf mənzərədə dumana düşmək olmaz
Onsuz da mənzərə aydın idi. Amma manevr edənlər, tərəddüddə olanlar, malalamağa çalışanlar həmişə tapılırdı. Amma Rauf Arifoğlu bu kölgəli məqamlara qızmar günəş şüası saldı və uzun illər dəstək aldığı adamları hərarətləndirdi. Artıq bu adamlar Rauf Arifoğlunu müdafiə etməyə arqument tapmırlar. Çünki, onlar da başa düşürlər ki, Raufun mükafatı jurnalistika fəaliyyətinə görə yox, düşərgəsinə xəyanət edib hökumətin yazarına çevrildiyinə görədir. Ürəyini, ruhunu, düşüncəsini hökumətə həvalə etdiyinə görə, ürəyindən yuxarı hissəyə medal taxdılar.
“Rauf Arifoğlunun uğuru bizim uğurumuzdur”, “Yeni Müsavat”a qarşı deyilənlər, bizə deyilir" kimi fikirlər səsləndirənlər də Raufun YAP-a yapışmasını xəyanət kimi qiymətləndirdilər.
Müsavatın keçmiş başqanı Isa Qəmbər belə deyir: “Rauf Arifoğlunun Ilham Əliyevdən mükafat alması bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Ilham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.ÿVə bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. Müsavatçılar üçün bu mümkün deyil”.
Müsavat partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı isə “Gedəni saxlamaq olmaz. Biz kimsəni itirməmişik. Bizi itirənin kimin tərəfinə keçdiyi aydındır”- söylədi.
Yəni bu mövqe ifadə olundu ki, artıq Rauf Arifoğlunun uğuru Ilham Əliyevin uğurudur. Biz uzun müddətdi bu adamın YAPlaşdığını yazırdıq. Amma “Yeni Müsavat”ın prinsipialcığaz yazarları, baş redaktoru bizi “zombi”, “qaragüruh” adlandırırdı. Azər Ayxanın yazısı da göstərdi ki, bu adamlar hakimiyyətlə həmxasiyyət olublar. Çünki, Isa Qəmbərin ittiham dolu açıqlaması kifayət etdi ki, Azər Ayxan bütün pərdələri götürsün. Eynən sığındıqları hakimiyyət kimi tənqid edənləri “qara siyahı”ya saldılar.
Indi söz “Yeni Müsavat”ın yazarlarınındı. Onlar da seçim etməlidilər. Çünki, həmişə müsavatçılıqdan danışıblar, Isa Qəmbəri lider gördüklərini etiraf ediblər. Isa Qəmbər indi deyir ki, Raufun addımı anti-müsavatçılıqdı. Tofiq Yaqublunu haqsız həbsdə saxlayan adama biət etmək həqiqətən də müsavatçılığa xəyanətdir. Indi Etibar Hüseynov nə qədər xalq adamıdırsa, Rauf da o qədər xalq adamıdır.
Xahiş edirik ki, sözün imkanlarından isitfadə edib, sözü gözdən salmayın. Yəni özünübəraət mahnıları zümzümə etmək lazım deyil. Baş verənlər sizə də aydındır. Indi Raufun yazarları kimi seçəcək?
Müsavatçılığımı, YAPlaşmağımı? Təbii ki, bu adamlar uzun ilərdi Raufun “asfalt yol”a çıxdığını bilirdilər. Amma hərəkət etdikləri “avtomobil”in şüşələri “plyonka”lı olduğu üçün manevr edə bilirdilər. Indi əməkdar jurnalist həvəslə deyir ki, “Prezident bizə tapşırıq verdi və biz buna əməl edəcəyik”.
AXCP-ni, “Azadlıq” qəzetini qərəzdə ittiham edənlərin seçim anıdır. Bu meydan, bu şeytan. Göstərin görək kimin uğurunu uğur hesab edirsiz. Çox şəffaf mənzərədi. Bu şəffaf mənzərədə dumana düşmək olmaz.
Akif