
Kənd təsərrüfatı ili demək olar ki, sona yaxınlaşır. Görəsən prezidentin elan etdiyi bu il kənd təsərrüfatına nə verdi?
Kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli ilə qısaca qiymətini verib:
"Kənd təsərrüfatı ili"nin yarısı artıq geridə qalıb. Bu müddət ərzində təəssüflər olsun ki, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində hər hansı ciddi addım atılmayıb. Əvvəllər olduğu kimi yenə də bu sahədə pərakəndəlik, təsərrüfatsızlıq höküm sürür. Kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarların, fermerlərin toxuma, suvarma suyuna, texnikaya və sair istehsal vasitələrinə olan ehtiyaclarının ödənilməsində dövlətin dəstəyi zəifləyib. Bu sahəyə investisiya qoyuluşu da azalıb. Belə ki, bu il fermerlərin kredit resursları əldə etmək imkanı məhdudlaşıb." (Moderator.az)