
"Ata ilə danışdım. İki gün imiş ki, böyrəyində daş varmış. Dəhşətli ağrıları olub. Həbsxananın yerli tibb məntəqəsinin, mərkəzi hospitalın həkimləri ona ciddi tibbi yardım və qayğı göstəriblər. Artıq daş böyrəkdən düşdüyü üçün ağrıları səngiyib", – deyə Nigar Yaqublu bildirib.
Vicdan məhbusunun qızı həmçinin atasına göstərilən yardıma görə həkimlərə minnətdarlığını bildirib.