Hindular Amerikaya Sibirdən köçüb

 
Amerikalı hinduların əcdadları təxminən 23 min il bundan əvvəl Sibirdən Amerika qitəsinə köç edib. Sonradan isə onlar məlum etnik qruplara parçalanıb. 
Müasir və qədim hindu tayfaları ilə Sibirin yerli əhalisinin  DNT analızlərinə əsaslanan bu nəticə Science jurnalının dərc etdiyi araşdırmada yer alıb. 
Alimlərinj bir çoxu belə bir nəticəyə gəlib ki, son buz dövründə Amerika qitəsinə müasir Rusiyanın ərazisini Alyaska ilə birləşdirən Berinq bərzəxindən quru yolla keçən insanlar məskunlaşıb.  
Böyük ehtimalla bu bərzək güclü zəlzələ nəticəsində dağılıb. 
Ancaq miqrasiyanın dəqiq vaxtı və yekun nöqtəsi barədə bir çox suallar qalır. 
Araşdırmaçılar hesab edir ki, Sibirdə cəmi bir dəfə miqrasiya olub. Buzlaqların əriməsi Şimalı Amerikanın içərilərinə yol açandan sonra bu miqrantların nəslindən olanlar 13 min il əvvəl iki böyük qola bölünüb. 
Antropoloqlar bu qrupları amerind (Amerika hindusu) və atabask (Alyaskanın yerli əhalisi) adlandırırlar. 
əvvəl isə ehtimal olunurdu ki, amerindlər və atabasklar bir birindən ayrı şəkildə Asiyadan Amerikaya keçib. 
Araşdırma müəllifləri bildirir ki, onlar Amerikanın qədim genetik tarixinin tam mənzərəsini təsvir edib. 
“Biz göstərdik ki, bütün yerli amerikalılar, o cümlədən amerind və atabask qruplarının kökü Amerika qitəsinı gələn vahid miqrasiyası ilə bağlıdır”, – deyə araşdırma müəllifləri deyir. 
azadlıq.info