Bakının mərkəzində şirniyyat evi yandı

Bakıda şirniyyat evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan şirniyyat sexinin anbarında 1 ədəd kondinsioner və 2 p.m çıxış kabeli yanıb. Sex yanğından mühafizə olunub.