Sərhədsiz Reportyorlardan Qənimət Zahidə dəstək

Sərhədsiz Reportyorlar Qənimət Zahidin qohumlarına qarşı təzyiqlərlə bağlı bəyanat yaydı. 
Bəyanatda deyilir: «Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri təqib etmək vərdişindən əl çəkmək niyyətində görünmür. Onlar Qənimət Zahidin ölkədən didərgin düşməsindən məmnunluq keçirməkdən əlavə, indi onun Azərbaycanda yaşayan yaxın qohumalrın aqarşı təqiblərə başlayıblar. Söhbət Zahidovlar familiyasından gedir. Jurnalistin anasının yaşadığı Şamaxı rayonunun Meysəri kəndindəki ev müşahidə altına salınıb, polis onun başqa qohumlarına qarşı geniş təqib kampaniyasına başlayıb. Qənimət Zahidin qardaşı oğlu Tural Zahidov iyulun 18-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Polis İdarəsinə gətirilib və ona dərhal 30 sutka cəza verilib. Onun əmisi oğlu Rövşən Zahidov da iki gün sonra həbs ediliblər. Röbvşənə 25 sutka inzibati həbs cəzası verilib. Rüfət isə AR CM-nin 234.1.1 maddəsi ilə ittiham edilərək 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə təhlükəsi altında həbsə alınıb. Qənimət Zahidin, ən azı, başqa bir qardaşı oğlu da axtarışda hesab edilir. Onun həbs edilən və edilməyən qohumlarının heş biri nə jurnalistika, nə də siyasi fəaliyyətlə məşğuldur. Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Yohann Bihr deyib: «Biz Azərbycan hakimiyyətinin Qənimət Zahidin qohumlarını təqib etməsi xəbərindən şok effekti ilə qəbul etdik. Bu zamana qədər Azərbaycanda baş vermiş həbs presedentlərini də nəzərə alsaq, qətiyyətlə demək olar ki, bu həbslər Qənimət Zahidin jurnalist fəaliyyətini dayandırması üçün hədə-qorxudur. Biz hakimiyyəti bu saxta ittihamlara dərhal son verməyə və kollektiv cəzalandırma təcrübəsindən imtina etməyə çağırırıq». 2009 – cü uldə Sərhədsi Reportyorları xüsusi mükafatına layiq görülən Qənimət Zahidin özü də 2007-ci ildə həbs edilmişdi və 2010-cu ilin mart ayında azadlığa çıxmışdı. Ailəsinə qarşı ciddi təhlükə üzündən o, 2011-ci ildə Azərbaycanı tərk etməyə məcur olmuşdu və hal-hazırda ailə üzvləri ilə birlikdə Fransada məskunlaşıb. 2012- ci ildə Qənimət Zahid Azərbaycanın televiziya məkanında senzuranı sındıran bir layihənin əsasını qoyaraq sputniklə yayılan Azərbaycan Saatı adlı televiziya proqramının yayımına başlamışdır. Bu proqramın yayımına qarşı Azərbaycan hakimiyyəti dəfələlə müxtəlif manelər yaratsa da, proqram üçün hər dəfə yeni imkanlar taılmış və yayım davam etdirilmişdir. Qənimət Zahid proqramın dövriliyini və həcmini artırmaq niyyətindədir. O, Sərhədsiz Reportyorlara bildirib ki, heç bir təzyiqə baxmayaraq jurnalist fəaliyyətini dayandırmaq fikrində deyil. Azərbaycanda 2014-cü ilin ortalarından başlayaraq hüquq müdafiəçilərinə, jurnalsitlərə, bloqerlərə qarşı misli görünməmiş təqiblər və təzyiqlər davam etməkdədir, onlar ya susmağa, ya ölkəni tərk etməyə, ya da həbsxanada oturmağa məcbur edilirlər… Azərbaycan mediya azadlıqlarının səviyyəsinə görə 180 ölkə arasında 162- ci yeri tutur».