Siyasi məhbuslardan “Azadlıq”a Mətbuat Günü təbriki

Əli Insanov: «Məhrumiyyətlərə baxmayaraq, «Azadlıq» prinsiplərə xəyanət etmədi»

Hilal Məmmədov: «Yeganə azad mətbu orqanımız olan «Azadlıq» qəzeti…»

Hazırda həbsdə olan siyasi məhbuslar da Mətbuat Günü münasibətilə “Azadlıq” qəzetinin kollektivini təbrik edib. Keçmiş səhiyyə naziri Əli Insanov, hüquq müdafiəçisi Hilal Məmmədov redaksiyamıza təbriklərini çatdırıb.

Əli Insanov vəkili Toğrul Babayev vasitəsilə “Azadlıq”ın kollektivini təbrik etməklə yanaşı, bu qəzetin fəaliyyətini, təqib və təzyiqlərə, məhrumiyyətlərə baxmayaraq, jurnalistikanın prinsiplərinə xəyanət etməməsini yüksək qiymətləndirib.

Hilal Məmmədov da təbrik məktubunda Azərbaycanda mətbuata qarşı təzyiqlərdən bəhs edərək, medianın hazırkı durumundan təəssüfünü bildirib. Eyni zamanda, təbrikdə medianın gələcəyilə bağlı nikbinlik ifadə olunub: “Ölkəmizdə azad sözün, mətbuatın təqib və təzyiqlərə məruz qalması, çoxlu sayda jurnalistlərimizin həbsi, yeganə azad mətbu orqanımız olan ”Azadlıq" qəzetinin də min bir çətinliklərlə nəşr edilməsi və digər zəmanəmizə yaraşmayan neqativ hallar 140 yaşa malik Azərbaycan mətbuatının hələ də Zərdabi ideyalarına yiyələnməməsinin göstəricisidir. Bu, acı təəssüf hissi doğurur…

Lakin ümidvarıq ki, yaxın gələcəkdə ölkəmizdə də azad, demokratik və hüquqi cəmiyyət formalaşdıqdan sonra Azərbaycan mətbuatının növbəti yubileylərini yüzlərlə digər sağlam rəqabətli qəzet və jurnalların təmsilçilərilə birlikdə təntənəli şəkildə keçirəcəyik.

Yaşasın o sabahkı xoş məramlı mətbuat yubileyləri! Allah Həsən bəy Zərdabini rəhmət və ruhunu şad eləsin!"

İnformasiya şöbəsi

 

Hilal Məmmədovun təbrikində isə deyilir:

“Ölkəmizdə azad sözün və mətbuatın təqib və təzyiqlərə məruz qalması, çoxlu sayda jurnalistlərimizin həbsi, yeganə azad mətbu orqanımız olan “Azadlıq” qəzetinin də min bir çətinliklərlə nəşr edilməsi və digər zəmanəmizə yaraşmayan neqativ hallar 140 yaşa malik Azərbaycan mətbuatınin hələ də Zərdabi ideyalarına yiyələnməməsinin göstəriciləridir. Bu acı təəssüf hissi doğurur…

Lakin ümidvarıq ki, yaxın gələcəkdə ölkəmizdədə azad, demokratik və hüquqi cəmiyyət formalaşdıqdan sonra Azərbaycan mətbuatının növbəti yubileylərini yüzlərlə digər sağlam rəqabətli qəzet və jurnalların təmsilçiləri ilə birlikdə təntənəli şəkildə keçirəcəyik.

 Yaşasın o sabahkı xoş məramlı mətbuat yubileyləri! Allah Həsən bəy Zərdabini rəhmət və ruhunu şad eləsin!”.